Peru millisinin futbolçusu Messi haqqında iddialı açıqlama verib
Peru millisinin futbolçusu Paolo Gereyro Lionel Messi haqqında danışıb.
Sportline.az xəbər verir ki, P.Gereyro jurnalistlərə müsahibəsində bu fikirləri səsləndirib;
“Messiyə parmağınızla toxunan zaman qayda pozuntusu olur. Bu ədalətli qərar deyil. Söhbət Messidən gedirsə hakimlər ondan qorxur. Hakimlər hər zaman Messinin yanındadır”, - deyə Gereyro bildirib.
Qeyd edək ki, Peru səfərdə Argentina millisinə 0:1 hesabı ilə məğlub olub.