Polşalı futbolçu "Trabzonspor" haqqında danışıb
"Legia Varşava" klubunun 24 yaşlı yarımmüdafiəçisi Bartoş Sliş "Trabzonspor"un təklifi haqqında açıqlama verib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, polşalı futbolçu "Trabzonspor"dan təklif alsa da qəbul etməyib.
Bartoş Sliş açıqlamasında :"Türkiyə Super liqasında çıxış etmək gözəl olardı, amma mən "Legia"da xoşbəxtəm və uzun müddət burada qalmaq istəyirəm. "Trabzonspor" böyük klublardan biridir, adını çox eşitmişəm. Təklif gələndə qüurur duysam da qəbul etmədim",-deyib.
Qeyd edək ki, Batoş Sliş bu mövsüm "Legia" forması ilə çıxdığı 33 oyunda 1 qol, 3 asistlə yadda qalıb.