Poqbanın yeni klubu bəlli olub

Fransa yığmasının keçmiş oyunçusu Pol Poqbanın karyerasını ABŞ-da davam etdirə bilər.

Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, fransalı futbolçu “DC United” klubu ilə razılığa gəlməyə yaxındır.

MLS klubu “Yuventus” və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisini komandaya cəlb etmək üçün cəhdlər göstərir.

Komandanın icraçı direktoru Ceyson Levien 32 yaşlı oyunçunun nümayəndələri ilə dəfələrlə görüşməkdən əlavə, Poqba ilə də birbaşa söhbət aparıb.