Portuqaliyalı futbolçu rəsmi olaraq "Hall Siti"də
İngiltərənin Çempiyonşip liqasında çıxış edən "Hall Siti" 21 yaşlı yarımmüdafiəçini trasnfer edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu klub Fabiyo Karvalyonu "Liverpul"dan mövsüm sonunadək icarə əsasında trasnfer edib.
21 yaşlı yarımüddafiəçi daha əvvəl "Leyptsiq" klubunda icarə əsasında çıxış etmişdi.
Qeyd edək ki, Fabio Karvalyo "Leyptsiq" forması ilə cəmi 15 matçda meydana çıxıb.