Problem həll olundu, milli Vətənə qayıdır

Səfər oyununda Şimali İrlandiyadan sarsıdıcı məğlubiyyət alan Azərbaycan seçməsini Bakıya gətirəcək təyyarə bu gün Bakı vaxtı ilə saat 13:00-da Belfast hava limanından havaya qalxacaq. SportLine.az xəbər verir ki, AZAL-ın "Boeing 787 Dreamliner" təyyarəsində yaranan texniki nasazlıq artıq aradan qaldırılıb. Nümayəndə heyəti bu müddətdə hava limanının yaxınlığındakı "Maldron" otelində gözləyib.