“PSJ” Barkola gedərsə onu gətirməyi planlayır

Fransa nəhəngi “PSJ” “Mançester Yunayted” ilə birlikdə “Vest Hem Yunayted” klubunun cinah oyunçusu Krisensiyo Sammervill uğrunda mübarizəyə qoşulub.

Sportline.az “Daily Mirror” nəşrinə istinadən istinadən xəbər verir ki, Niderland millisinin üzvü son turnirdə ilk oyunlarda vurduğu 2 qol və etdiyi1 məhsuldar ötürmə ilə diqqətləri üzərinə çəkib.

Sammervillenin uğurlu çıxışı onun transfer bazarındakı dəyərini artırıb və Avropanın bir sıra aparıcı klublarının marağına səbəb olub.

Bundan əlavə “Vest Hem” 23 yaşlı futbolçunu təxminən 50 milyon funt sterlinq dəyərində qiymətləndirir.

“PSJ” isə oyunçunu, klubdan ayrılması gündəmdə olan Bredli Barkola üçün potensial əvəzləyici kimi nəzərdən keçirir.

Hazırda həm “PSJ”, həm də “Mançester Yunayted"in Sammervillenin vəziyyətini yaxından izlədiyi və mümkün transfer üçün hazırlıq apardığı bildirilir.

Qeyd edək ki, Sammervill London təmsilçisinin heyətində ötən mövsüm çıxdığı 34 matçda 7 qol, 3 asistlə yadda qalıb.

Onun klubla müqaviləsi 2029-cu ilə qədərdir, və transfer dəyəri 35 milyon avro olaraq qiymətləndirilir.

Banner