PSJ fransalı futbolçusunu satmayacaq
"Paris Sen-Jermen" fransalı futbolçusu Desire Doye ilə bağlı qərar verib.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, PSJ Doyeni satmaq niyyətində deyil.
19 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Doyenin PSJ ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.