PSJ Kamavinqanı heyətinə qatmaq niyyətindədir
"Paris Sen-Jermen" Eduardo Kamavinqanı transfer etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Diario Sport" nəşri məlumat yayıb.
23 yaşlı oyunçu transfer qiyməti 60 milyon avrodur.
Qeyd edək ki, Kamavinqa ötən mövsüm meydana çıxdığı 43 matçda 2 qol, 1 asistlə yadda qalıb.