PSJ-ni "Arsenal"a dəyişə bilər
PSJ-nin futbolçusu Bredli Barkola yayda "Arsenal"a keçə bilər.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.
23 yaşlı oyunçunun dəyəri 70 milyon avrodur.
Qeyd edək ki, Barkola cari mövsüm meydana çıxdığı 46 matçda 12 qol, 7 asistlə yadda qalıb.