PSJ-ni "Liverpul"a dəyişə bilər
"Liverpul" "Paris Sen-Jermen"in futbolçusu Varren Zaire-Emerini heyətinə qatmağa çalışır.
Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.
20 yaşlı yarımmüdafiəçi transfer qiyməti 80 milyon avrodur.
Qeyd edək ki, V.Zaire-Emeri cari mövsüm meydana çıxdığı 54 matçda 3 qol, 5 asistlə yadda qalıb.