PSJ-nin gözü o futbolçunun üzərindədir

"Aston Villa"da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Markus Reşford karyerasını Fransada davam etdirə bilər.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Paris Sen-Jermen" Reşford üçün "Mançester Yunayted"lə danışıqlara başlayıb.

27 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avro olaraq təyin olunub. 

Qeyd edək ki, Markus Reşford bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 11 qol 9 asistlə yadda qalıb.