"Qalatasaray" "Nottingem"in futbolçusu üçün təklif göndərib

Türkiyə nəhəngi "Qalatasaray" "Nottingehm"in 25 yaşlı futbolçusuyla maraqlanır.

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, "sarı-qırmızılar" belçikalı yarımmüdafiəçi Orel Manqala üçün İngiltərə klubuna təklif göndəriblər.

"Nottinghem" Türkiyə klubuna müsbət və ya mənfi heç bir cavab verməyib.

Qeyd edək ki, Orel Manqala bu mövsüm çıxdığı 18 oyunda 1 qolla yadda qalıb.