"Qalatasaray" almaniyalı futbolçu üçün hərəkətə keçib

"Qalatasaray" "Bavariya"nın almaniyalı futbolçusu Leroy Saneni heyətinə qatmaq istəyir.

Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, İstanbul klubu Saneni azad agent kimi transfer etmək niyyətindədir.

29 yaşlı futbolçu "Bavariya" ilə yeni müqavilə imzalamayacaq.

Qeyd edək ki, Leroy Sane bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 12 qol 5 asistlə yadda qalıb.