"Qalatasaray" portuqaliyalı futbolçunu transfer etmək qərarına gəlib

Anxelinyoyla yollarını ayrıan "Qalatasaray" müdafiə xətti üçün portuqaliyalı futbolçunu transfer edə bilər. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İstabul nəhəngi Portuqaliyanın "Kasa Pia" klubunda çıxış edən  23 yaşlı futbolçu Leonardo Leloyla maraqlanır. 

Gənc futbolçu Portuqaliyanın U-21 milli komandasında çıxış edib və hazırki dəyəri 3,5 milyon avrodur. 

Qeyd edək ki, Leonardo Lelo bu mövsüm "Kasa Pia" forması ilə çıxdığı 19 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.