"Qalatasaray" qələbə ilə başladı
Türkiyə Super Liqasında ilk tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib. "Qalatasaray" doğma meydanda "Kayserispor"la üz-üzə gəlib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:1.
Qomisin dublla yadda qaldığı matçda, Çiğerci və Belhanda hərəyə bir dəfə fərqlənib. Quelenin qolu isə təsəllidən başqa bir işə yaramayıb.