"Qalatasaray" və "Fənərbağça" Bakıya gələ bilər
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Türkiyə Superkubokunun Bakıda keçirilməsini istəyir.
Sportline.az xəbər verir ki, bu barədə “Fotospor” nəşri məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan, lakin bəzi məhdudiyyətlər səbəbindən təxirə salınan qarşılaşma üçün Azərbaycan tərəfi Türkiyə Futbol Federasiyasına (TFF) məktub göndərib.
Həm TFF, həm də Superkubokun iştirakçıları olan “Qalatasaray” və “Fənərbağça” klubları yaxın günlərdə təklifə cavab verəcəklər. Qalatasaray" və "Fənərbaxça"nı Azərbaycana dəvət edən AFFA, klublara müəyyən məbləğdə ödəniş etməyə də hazır olduğunu bildirib.
Qeyd edək ki, Ər-Riyadda keçirilməsi nəzərdə tutulan "Qalatasaray"-"Fənərbağça" Super Kubok matçı Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edilib.