"Qalatasaray" və "Fənərbağça" braziliyalı hücumçunu istəyir
Türkiyə nəhəngləri "Qalatasaray" və "Fənərağça" "Yuventus"un braziliyalı sol cihan hücumçusu Aleks Sandronu transfer etmək üçün mübarizəyə başlayıblar.
Sportline.az Fotomaç.com-a istinadla xəbər verir ki, "sarı-qırmızılar" UEFA Avropa liqasının pley-off mərhələsindən öncə heyətini gücləndirmək niyyətindədir.
"Sarı-lacivərtlər" isə Konfrans liqasının qrup mərhələsini lideri olaraq növbəti mərhələyə adlayıblar və 1/8 finaldakı rəqiblərini gözləyirlər.
Qeyd edək ki, "Yuventus" kulubu hər iki komanda ilə görüşüb və hazırda Aleks Sandronun hansı komandaya keçəcəyi ilə bağlı məlumat verilməyib.