"Qalatasaray" "Yanq Boys"a belə məğlub oldu

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Qalatasaray" doğma meydanda "Yanq Boys"la qarşılaşıb.

Sportline.az xəbər verir ki, görüş İsveçrə təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.Matçdakı yeganə qolun müəllifi 87-ci dəqiqədə Alan Virginius olub.

İlk oyunda 3-2 hesabı ilə qalib gələn "Yanq Boys" ümumi hesabda rəqibini 4-2 hesabı ilə üstələyərək Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. "Qalatasaray" isə yoluna UEFA Avropa Liqasında davam edəcək.