"Qalatasaray"dan ayrılan futbolçunun yeni klubunda debütu uğurlu alınıb
"Qalatasaray"dan icarə əsasında "Verder" Bremenə transfer olunun Derik Köhn Almaniya klubu ilə ilk oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Bundesliqanın 3-cü turunda keçirilən "Maynz 05"-"Verder" Bremen oyununun 67-ci dəqiqəsində meydana daxil olun Köhn 2 dəqiqə sonra vurduğu qolla komandasına qələbə qazandırıb. 2-1.
"Verder" bu qələbə ilə xallarının sayını 5-ə çatdırıb. "Maynz"ın aktivində 2 xal var.
Qeyd edək ki, Köhn 2024/2025 mövsümünün sonuna kimi "Verder"də çıxış edəcək. Onun Türkiyə klubu ilə 2026-cı ilə qədər müqaviləsi var. 25 yaşlı futbolçu daha əvvəl Almaniyada "Hannover 96"nın formasını geyinib.