Qambiya millisi ölümdən dönüb
Afrika Millətlər Kuboku üçün Fildişi Sahilinə getmək istəyən Qambiya millisinin futbolçuları ölümdən dönüblər.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, seçmə komandanı Fildişi Sahilinə aparan təyyarədə qısa müddətli qəza baş verib.
Belə ki, təyyarədə ani oksigen çatışmazlığı futbolçuların halının pisləşməsinə və huşunu itirməsinə səbəb olub.
Qeyd edək ki, xoşbəxtlikdən heç bir bədbəxt hadisə yaşanmayıb və təyyarə Fildişi Sahilinə eniş edib. Futbolçular isə təcili laraq xəstəxanaya yerləşdirilib.