"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı

Uefa Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda təmsilçimiz "Qarabağ" səfərdə "Linkoln"la (Cəbəllütariq) qarşılaşıb.

Sportline.az xəbər verir ki, görüş Ağdam təmsilçisinin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Europe Point" stadionunda keçirilən matçda "Qarabağ"ın qollarını 45+2-ci dəqiqədə Juninyo və 75-ci dəqiqədə Toral Bayramov vurub.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu iyunun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.Təmsilçimiz növbəti tura yüksələcəyi təqdirdə "Ludoqorets" - "Dinamo" Minks cütünün qalibi ilə üzləşəcək.