"Qarabağ" ikinci oyunda da "Dinamo" Zaqrebə məğlub oldu

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Dinamo" Zaqreblə Bakıda qarşılaşıb.

Sportline.az xəbər verir ki, ilk görüşdə rəqibinə 0-3 hesabı ilə məğlub olan  Ağdam təmsilçisi bu matçda da 0-2 hesabı ilə uduzub.

"Dinamo" adına qələbə qollarını Marko Pyatsa və Mateuş Silva (avtoqol) vurub.

Qeyd edək ki, təmsilçimiz yoluna UEFA Avropa Liqasının qrup mərhələsində davam edəcək. "Dinamo" Zaqreb isə Çempionlar Liqasının qrupundadır.