"Qarabağ" Mourinyonun yolunu açdı

"Fənərbağça"dan uzaqlaşdırılan Joze Mourinyonun işsiz günləri deyəsən uzun sürməyəcək.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis karyerasını "Benfika"da davam etdirə bilər.

Bu haqda Portuqaliya mətbuatında xəbərlər paylaşılıb. 

62 yaşlı məşqçi Brunu Lajenin yerinə əsas namizəd sayılır.

Qeyd edək ki, Laje, "Benfika"nın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin birinci turunda "Qarabağ"a məğlubiyyətinin (2-3) ardınca istefaya göndəririlib.