"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb
"Qarabağ" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Sportline.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XXX turda "Səbail"in qonağı olub.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:1.
Qalibiyyət qollarını 17-ci dəqiqədə Abdullah Zubir, 19, 52 və 64-cü dəqiqələrdə Leandro Andrade vurub.
Meydan sahiblərinin təsəlli qoluna 72-ci dəqiqədə David Qomis imza atıb.
Xallarının sayını 73-ə çatdıran "Qarabağ" liderdir. Paytaxt klubu 20 xalla sonuncu - 10-cu yerdədir.
Qeyd edək ki, tura aprelin 13-də yekun vurulacaq.