"Qarabağ"ın rəqibi derbini belə qazandı

"Qarabağ"ın Avroliqadakı rəqibi - "Sevilya" ötən gecə Əndəlis derbisində qələbə çalıb. Sportline.az xəbər verir ki, görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Betis" - "Sevilya" - 1:2
Qollar:
 Okampos, 13 (0:1), Moron, 45 (1:1), Lyük De Yonq, 55 (1:2)

Bu qələbə ilə xalını 24-ə  yüksəldən "Sevilya" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Barselona" 25 xalla (12 oyundan) 1-ci, "Real" 25 xalla 2-ci, "Atletiko" 24 xalla 3-cüdür.