Qaret Beyl millinin tarixinə düşdü

Uels millisinin kapitanı Qaret Beyl  yeni rekorda imza atıb.

Sportline.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin 2-ci turunda hazırda İranla keçirilən oyunda start heyətdə meydana çıxıb. Bu, onun millidəki 110-cu matçıdır.

Beləliklə, Beyl milli komandada ən çox oyun keçirən futbolçu olub. O, komanda yoldaşı - hazırda ehtiyatda olan Kris Qanteri (109) geridə qoyub.

Qeyd edək ki, ABŞın "Los-Anceles" klubunda çıxış edən Beyl Ules millisində 41 qol vurub.