Qarnaço "Mançester Yunayted"dən ayrıla bilər
"Mançester Yunayted" argentinalı futbolçusu Alexandro Qarnaço ilə bağlı qərar verib.
Sportline.az "Tutto Mercato"ya istinadən xəbər verir ki, "Mançester Yunayted" Qarnaçonu 40 milyon avro qarşılığında satmağa hazırdır.
20 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Qarnaço bu mövsüm çıxış etdiyi 49 matçda 10 qol və 8 asistlə yadda qalıb.