Qətərdə faciə

Qətərdə keçirilən dünya çempionatında faciə yaşanıb.

Sportline.az xəbər verir ki, Filippindən olan muzdlu işçi dünyasını dəyişib.

Bu barədə “The Athletic” nəşri məlumat yayıb. FİFA xəbəri təsdiqləyib. Bildirilib ki, filippinli şəxs Səudiyyə Ərəbistanının məskunlaşdığı oteldə təmir işləri zamanı qəza nəticəsində dünyasını dəyişib. 

Qətər hökuməti araşdırmalara başlayıb. Təxminən 40 yaşlı fəhlənin yük kranında çalışarkən yıxılaraq öldüyünü bildirdi.

O, faciəvi hadisə zamanı təhlükəsizlik kəməri taxmayıb.