"Qızıl Qran Pri" turniri start götürdü
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə beynəlxalq "Qızıl Qran Pri" turnirinə start verilib. SportLine.az xəbər verir ki, noyabrın 29-dək davam edəcək yarışlarda 41 ölkədən 450-ə yaxın pəhləvan bacarığını göstərəcək.
Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 28-də qadın, 29-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
Bu gün 21 sərbəst güləşçimiz xalça üzərinə çıxacaq. Onlar 7 çəki dərəcəsində qalib adını qazanmağa çalışacaqlar.