"Qolden Steyt" məğlub oldu, "Los Anceles Leykers" əlavə vaxtda sevindi

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə azarkeşlər daha 6 görüşə şahidlik ediblər.

Favoritlərdən "Qolden Steyt Uorriorz" gözlənilmədən məğlub olub.

Gərgin keçən "Los Anceles Klippers" - "Los Anceles Leykers" duelində isə "ikincilər" seviniblər.

Nəticələri diqqətinizə çatdırırıq:

"Detroyt Pistons" - "Dallas Maveriks" - 93:89

"Orlando Məcik" - "İndiana Peysers" - 107:100

"Toronto Reptors" - "Milouki Baks" - 92:105

"Sen Antonio Spörs" - "Bruklin Nets" - 117:114

"Qolden Steyt Uorriorz" - "Filadelfiya Sevinti-siksers" - 104:113

"Los Anceles Klippers" - "Los Anceles Leykers" - 120:123