"Qolden Steyt" və "Miluoki" uduzdu, "Hyuston" qalib gəldi

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə daha 6 qarşılaşma təşkil olunub.

Favoritlərdən "Qolden Steyt Uorriors" və "Milouki Baks" məğlubiyyətlə üzləşib. "Hyuston Rokets" isə azarkeşlərini növbəti dəfə sevindirib.

Nəticələri diqqətinizə çatdırırıq:

"Atlanta Houks" - "Nyu Orleans Pelikans" - 128:116

"Memfis Qrizzlis" - "Orlando Məcik" - 105:97

"Dallas Maveriks" - "Hyuston Rokets" - 93:94

"Minnesota Timbervulfs" - "Nyu York Niks" - 130:92

"Sen Antonio Spörs" - "Milouki Baks" - 121:114

"Qolden Steyt Uorriors" - "Feniks Sans" - 111:115