"Qranada" iki ildən sonra yenidən La Liqada

Yeni mövsüm La Liqada oynamaq hüququ qazanan ikinci klub müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu, "Qranada"dır. Komanda İspaniya Sequndasının 41-ci turunda "Malyorka" ilə matçda bərabərə (1:1) qalaraq yarışın bitməyinə bir tur qalmış ikinci pilləni təmin edib.

Beləliklə,"Qranada" iki ildən sonra yenidən yüksək liqada oynayacaq.

Qeyd edək ki, bundan əvvəl "Osasuna" elitaya vəsiqə qazanıb.