Qrinvudu üç klub heyətində görmək istəyir

"Marsel"in futbolçusu Meyson Qrinvud yayda komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, "Atletiko Madrid", "Borussiya Dortmund" və "Yuventus" 24 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.

Bu haqda "Sun Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Qrinvud cari mövsüm meydana çıxdığı 44 matçda 26 qol, 10 asistlə yadda qalıb.