Qrizmann "Atletiko"dan getdi

İspaniyanın "Atletiko" klubunun fransalı hücumçusu Antuan Qrizmann Madrid klubundan ayrıldığını elan edib.

Sportline.az xəbər verir ki, futbolçunun sözlərini komandanın mətbuat xidməti yayıb. "Bu, inanılmaz 5 il oldu, hər şeyə görə çox sağolun. Siz daim mənim ürəyimdə qalacaqsınız", - deyə Qrizmann komanda və azarkeşlərə müraciətində bildirib.

Qeyd edək ki, Qrizmann 2014-cü ilin iyulundan "Atletiko"da  çıxış edir.