"Qroningen"dən "Barselona"ya

“Barselona” komandası “Qroningen”in mərkəz yarımmüdafiəçisi Ludovit Reyslə müqavilə imzalamağa yaxındır.

Sportline.az xəbər verir ki, 18 yaşlı oyunçu kataloniyalılarla 5 illik müqavilə ilə bağlı razılıq əldə edib. Transferin dəyəri 7,7 milyon avro təşkil edə bilər. “Barsa” Reysi yeni mövsümə hazırlığın keçiriləcəyi Yaponiyaya aparmaq fikrindədir.

Hazırkı mövsümdə Ludovit Reys “Qroningen”in heyətində 29 matçda meydana çıxıb və 1 qol vurub.