Qvardiola Bernardo Silva haqqında danışıb

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Bernardo Silva haqqında müsbət fikirlər səsləndirib.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, ispan mütəxəssis adı "Barselona" ilə hallanan 30 yaşlı portuqaliyalı yarımmüdafiəçi haqda bunları söyləyib:

Bernardonu unutmaram! Xüsusilə, bu mövsüm bizim üçün nələr etdiyini unutmaram.

Noyabr, dekabr, yanvar, fevral, mart – bircə oyunu belə qazana bilmədiyimiz dövrdə o hər zaman orada idi! 

Bernardo vacib oyunlarda inanılmaz böyük bir şəxsiyyətə sahibdir, mənim üçün bir futbolçu olaraq bir çox səbəbdən dolayı başqa bir səviyyədir".

Qeyd edək ki, Bernardo Silva mövsüm sonunda “Barselona”ya transfer olmaq istədiyini katalonlara deyib. Hətta maaşının azalmasına belə razıdır. Çünki "Mançester Siti" yeni mövsüm heyətində Bernardo Silvanı istəmir.