Qvardyola FİFA-nı tənqid edib
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardyola klublararası dünya çempionatının yeni formatından narazıdır.
Sportline.az xəbər verir ki, o, 2025-ci ildə 32 komandanın iştirakı ilə keçiriləcək yarışla bağlı narazılığını ifadə edib.
"Belə yarışların keçirilməsinin əleyhinə deyiləm. Sadəcə vaxt azlığına görə narahatam. Bununla bağlı həmişə narazılığımı bildirmişəm. Yorğunluq öz sözünü deyir. Futbolçuların bərpa prosesini də düşünmək lazımdır", - deyə ispaniyalı mütəxəssis fikrini izah edib.
Qeyd edək ki, 2025-ci ildə ABŞ-də təşkil olunacaq yarışın bir ay sürəcəyi bildirilir.