Qvardyolanın şok gənclik videosu yayıldı

Sən demə "Mançester Siti"nin baş məşqçisi Pep Qvardyola cavanlıqda moda nümayişində iştirak edib. 

Sportline.az xəbər verir ki, o, 1990-cı illərdə məşhur kataloniyalı modelyer Antonio Mirodan onun nümayişinə qatılmağı xahiş edib. 

Miro isə, o vaxtlar "Barselona"nın formasını geyinən Pepin xahişini yerə salmayıb. 

Bu haqda Mironun oğlu David "Mundial Magazine" nəşrinə müsahibəsində bildirib: "Atam "Barselona"nın fanatı idi. Buna görə də həmin ideya reallaşmışdı". 

Banner