Rafael Utzikin yeni klubu bilindi
"Zirə" klubu futbolçusu Rafael Utziqin komandadan ayrıldığını açıqlayıb.
Sportline.az xəbr verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı hücumçu Vyetnamın “Ho Çi Minh Siti Polis” klubuna 1 illik icarəyə verilib.
Rafael Utziq 2024-cü ilin yanvar ayından paytaxt təmsilçisinin formasını geyinir.
Qeyd edək ki, daha əvvəl forvardın "Zirə"dən ayrılmaq istədiyi məlum olmuşdu. R.Sadlqov bir müddət əvvəl verdiyi açıqlamada sözügedən futbolçunu intizamsızlığına görə əsas komandada görmək istəmədiyini demişdi. O, Utziqi 4 həftəlik klubun əvəzedici komandasına göndərmişdi.
Xatırladaq ki, "Zirə" bunadək Rüstəm Əhmədzadə, Məqsəd İsayev, Pyer Zebli, Yusuf Laval, Salifu Suma ("Malmö", İsveç) və Səlim Həşimovla ("Şamaxı"ya icarə) da yolları ayırıb.