Rafael Varan "Real Madrid"ə geri dönə bilər

"Mançester Yunayted"in təcrübəli müdafiəçisi Rafael Varan yenidən "Real Madrid"in şərəfini qoruya bilər. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "kral" kulubu David Alabanın zədələnməsinin ardından "qırmızı şeytanlar"la danışıqlara başlayıb. 

Fransalaı müdafiəçi keçmiş kulubuna geri qayıtmaq isətdiyindən "Mançester Yunayted" rəhəbərliyi transferdə çətinlik yaratmayacağını bildirib. 

Qeyd edək ki, Rafael Varan "Real Madrid" kulubundan "Mançester Yunayted"ə 2021-ci ildə transfer olumuşdu.