Ramil Şeydayev Türkiyə klubu ilə müqavilə bağlayıb
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirəcək.
Sportline.az Bolugundem.com-a istinadla xəbər verir ki, Tailandın “Buriram Yunayted” klubunun hücumçusu “Kocaelispor”la anlaşıb. 27 yaşlı hücumçunun TFF I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə bağladığı vurğulanıb.
“Kocaelispor” I Liqada 17 turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşır.
Qeyd edək ki, Ramil Şeydayev 2016-2018-ci illərdə Türkiyədə “Trabzonspor”un formasını geyinib.