Ramos karyerasını "Real"da bitirmək istəyir

"Real"ın kapitanı Serxio Ramos komandadan ayrılacağı ilə bağlı iddialara münasibət bildirib. 

Sportline.az xəbər verir ki, 33 yaşlı futbolçu mətbuat kofransında öz klubunda qalacağını deyib.

"Klubun prezidenti Florentino Peres ilə heç vaxt problemim olmayıb. Onunla əlaqəmiz ata və oğul kimidir. İqtisadi məsələlərdən isə danışmırıq. Əməkhaqqı mənim üçün əhəmiyyətli deyil. "Real" üçün pulsuz da oynamağa hazıram. Düzdür, Çindən mənə təklif olub. Yalan danışmayacağam". 

Qeyd edək ki, İspaniya mətbuatı daha əvvəl Serxio Ramosun komandadan ayrılmaq istədiyini yazıb. O, 2005-ci ildən Madrid klubunda mübarizə aparır.