Ramos Messiyə çatdı

"Real"ın futbolçusu Serxio Ramos "Barselona"nın hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.

Sportline.az İspaniya mətbuatına istinadənxəbər verir ki, 33 yaşlı müdafiəçi La Liqanın 11-ci turunda "Leqanes"lə matçda (5:0) penaltidən fərqlənərək ölkə çempionatında ardıcıl 16 mövsüm qol vuran iki oyunçudan biri olub. Bundan əvvəl bu rekord təkcə L. Messiyə məxsus idi.

Qeyd edək ki, S. Ramos 486 liqa matçında 62 qol vurub.