Rayan Kent Səudiyyə Ərəbistanı klubuna keçə bilər
"Fənərbağça" klubunun təcrübəli hücumçusu Rayan Kent karyerasını Səudiyyə Ərəbistanı liqasında davam etdirə bilər.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 27 yaşlı ingiltərəli hücumçu üçün "Əl-İttifaq" klubunun təklif ögndərdiyi bildirilib. Stivın Cerrardın baş məşqçilik etdiyi komanda Rayan Kentin trasnferini gələn həftə tamamlamaq niyyətindədir.
"Əl-İttifaq" klubunun rəsmiləri futbolçu üçün "Fənərbağça"ya 4 milyon avro təkli ediblər.
Qeyd edək ki, Rayan Kent bu mövsüm çıxdğı 15 oynda 1 qol, 2 asistlə yadda qalıb.