"Real" Azar və Mbappe ilə danışıqlara başlayır

Zinəddin Zidanın qayıdışından sonra "Real" heyətlə bağlı köklü dəyişikliklərə hazırlaşır. Artıq Luka Modriç və Qaret Beylin komandadan göndəriləcəyi ilə bağlı xəbər vermişdik.

SportLine.az-ın "goal.com" saytına istinadən təqdim etdiyi digər xəbərə görə, fransalı mütəxəssis, ilk növbədə Eden Azar transferini həll etmək niyyətindədir. Uzun müddətdir, bu istiqamətdə danışıqlar aparan "kral klubu" "Çelsi"yə 100 milyon funt-sterlinqlik təklif hazırlayıb. Futbolçu ilə yaxın vaxtlarda rəsmi danışıqlara başlanılacağı gözlənilir.

E.Azardan başqa, PSJ-nin hücumçusu Kilian Mbappe də Z.Zidanın hədəfindədir. Cari mövsüm hücum xəttində yaşanan problemləri həll etməyi düşünən fransalı mütəxəssis həmyerlisinin komandaya kömək olacağını düşünür. 

Xatırladaq ki, "Tottenhem"in futbolçusu Kristian Eriksenin də adı "Real"la hallanır. Bir neçə gün öncə Neymarın da La Liqa klubuna keçəcəyi ilə bağlı məlumat yayılsa da, Z.Zidan bu barədə heç bir məlumat verməyib.