"Real Betis" son dəqiqələrdə xilas oldu

İspaniya çempionatında 35-ci turun son matçında “Real Betis” doğma meydanda “Espanyol”u qəbul edib.

Sportline.az xəbər verir ki, İspaniya çempionatında 35-ci tura yarış cədvəlində eyni xala malik komandaların görüşü ilə yekun vurulub. “Real Betis”in qonağı olan “Espanyol” ilk hissəni qalib bitirib. 37-ci dəqiqədə Serji Darder yerli azarkeşləri məyus edib.

Fasiləyə minimal hesabla geridə yollanan meydan sahibləri əsas vaxta əlavə edilən 4-cü dəqiqədə fərqləniblər. Mərakeşli futbolçu Zuheir Feddal komandasına 1 xal qazandırıb. 1-1. “Espanyol” 44 xalla 10-cu yeri tutur. “Real Betis” isə eyni xalla 11-cidir.