"Real" bu futbolçularla vidalaşacaq

"Real" klubu, koronavirus pandemiyasının yaratdığı böhranla əlaqədar, maaş siyahısını azaltmağın yollarını axtarır.
 
Sportline.az "As" nəşrinə istinadən xəbər verir ki, sabit maliyyə vəziyyətinə rəğmən, "Real" ümumi əmək haqqı fondunu azaltmaq üçün bir neçə oyunçusunu satmağa hazırlaşır.
 
Madrid klubu ilk növbədə Qaret Beyl və Hames Rodrigeslə yolları ayırmağı planlaşdırır. Həmçinin Xesus Valyexo, Alvaro Odriosola, Dani Sebalyos, Braim Dias və Mariano Diasın göndərilməsi də gündəmdədi.
 
Bu futbolçuların satılması, "Real"ın sırf məvaciblər hesabına 75 milyon avro qənaət etməsinə imkan yaradacaq.