"Real" çempionluğa gedir

İspaniya çempionatının 36-cı turunda “Qranada” – “Real” matçı gözlənildiyi kimi qonaqların üstünlüyü ilə keçib.

Sportline.az xəbər verir ki, 10-cu dəqiqədə hesab açılıb. Madrid komandasının heyətindən Ferlan Mendi fərqlənib. Çox keçmədən meydan sahibləri yenidən mərkəzə dəvət olunublar. Bu dəfə bombardirliyə iddia edən Kərim Benzema hədəfdən yayınmayıb. “Qranada”nın gücü yalnız təsəlli qoluna çatıb. Darvin Maçis son nöqtəni qoyub. “Qranada” – “Real”: 1-2.

Qələbələri sıralayan Zidanın komandası 83 xalla çempionluğa bir az da yaxınlaşıb. Ən yaxın izləyicisi 79 xalla “Barselona”dır. 66 xalı olan “Atletiko” ilk "3-lüy"ü tamamlayır.