"Real Madrid" - "Arsenal": Heyətlərdəki son durum
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, “Real Madrid” “Santiaqo Bernabeu” stadionunda “Arsenal”la qarşılaşacaq. İlk oyun London klubunun 3:0 hesablı qələbəsi ilə nəticələnmişdi.
Heyətlərə nəzər saldıqda “Real Madrid”də Ferland Mendi, Dani Karvaxal, Eder Militao zədə, Kamavinqa isə cəza səbəbindən matçı buraxmalı olacaq.
“Arsenal”da isə itkilərin sayı kifayət qədərdir. Qabriel Maqalayeş, Rikkardo Kalafiori, Takihero Tomiyasu, Jorjinyo, Qabriyel Jesus və Kai Havert baş məşqçi Mikel Artetanın sərəncamında olmayacaq.
Start fiti saat 23:00-da səslənəcək oyunu fransalı hakim Fransua Leteksiye idarə edəcək.