"Real Madrid" heyətini gücləndirmək qərarına gəlib

"Vilyeral"la görüşdə David Alabanın zədələnməsi "Real Madrid"in yeni futbolçu transfer etməsinə səbəb olub. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis Karlo Ançelotti 31 yaşlı müdafiəçinin əməliyyat olunacağını və mövsüm sonunadək yaşıl meydanlara dönə bilməyəcəyini deyib.

Baş məşqçi hazırda müdafiə xətti üçün bəzi futbolçularla maraqlanmağa başladığını bildirsə də ad açıqlanmayıb. 

Qeyd edək ki, "Real Madrid" "Vilyereal" görüşü meydan sahiblərinin 4-1 hesablı qələbəsi ilə başa çatıb.